Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı bu qədər artıb

11:15 - 7.03.2024


7 mart, Fineko/abc.az. 2024-cü il martın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,6 faiz artaraq 766,3 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 3,1 faiz artaraq 47,1 min təşkil edib. 

ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı ilin əvvəlinə nisbətən 0,7 faiz artıb və 206,0 minə çatıb.