İctimai Birliklərdə çalışanların orta aylıq maaşı 1420 manatı keçib

17:22 - 6.03.2024


6 mart, Fineko/abc.az. 2023-cü ildə Azərbaycanda iсtimai birliklərin (təşkilatların) fəaliyyəti sahəsində çalışanların orta aylıq əmək haqqı 1 421,2 manata çatıb. 

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2022-ci illə müqayisədə müqayisədə 178,2 manat və ya 14,3% çoxdur.

Ötən ilin eyni dövründə bu sahədə çalışanların orta aylıq əmək haqqı 1 243 manat idi.

Qeyd edək ki, dövlət sektrounda çalışanların orta aylıq əmək haqqı 1 836,9 manat təşkil edib ki, bu 2022-ci illə müqayisədə 24,2 manat və ya 1,3% çoxdur.

Özəl sektorda çalışanların orta aylıq əmək haqqı isə 1251,6  manat olub. Bu da illik müqayisədə 182,4 manat və ya 17,1% çoxdur.