17:27 - 5.03.2024
5 mart, Fineko/abc.az. Norveçin energetika naziri Terye Aaslandın sözlərinə görə, Şimal dənizi tezliklə bütün Avropada çirkləndirici sənaye sahələri üçün "mərkəzi anbar" ola bilər.
ABC.AZ xəbər verir ki, “Longship” adlanan yeni layihə 2,6 milyard dollar dəyərində qiymətləndirilir və iki mərhələdə həyata keçiriləcək.
Birinci mərhələdə layihə gücü 25 il ərzində ildə 1,5 milyon ton CO2, ikinci mərhələdə 5 milyon ton karbon təşkil edəcək, karbon enjeksiyonu 2025-ci ildə başlaya bilər. Equinor, TotalEnergies və Shell daxil olan Northern Lights idarə və nəqliyyatla məşğul olacaq.