Müddətsiz əmək müqaviləsi ilə bağlı şərtlər asanlaşdırılır?

11:30 - 29.02.2024


29 fevral, Fineko/abc.az. Ombudsman müddətsiz əmək müqaviləsi ilə bağlı şərtlərin yumşaldılmasını istəyir.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Təklif edilib ki müddətli əmək müqaviləsi fasiləsiz olaraq 3 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilsin.

Hazırda qanunvericilikdə bu müddət 5 ildir.