15:23 - 22.02.2024
22 fevral, Fineko/abc.az. “Bakı Sığorta” ASC “Grand Bus” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Xaliq Faiqoğlu” MMC-ni və Rəhimov Telman Əlikram oğlunu məhkəməyə verib.
ABC.AZ xəbər verir ki, “Bakı Sığorta” ASC-nin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın icraatındadır.
Şirkətlər arasındakı məhkəmə çəkişməsinin səbəbi müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Sığorta müqaviləsi üzrə mübahisələr
Bildirək ki, “Bakı Sığorta” ASC 2007-ci il oktyabrın 1-dən fəaliyyətə başlayıb. Cəmiyyətin səhmdarları “Bank Respublika” ASC, “Diamond Motors” MMC, “Ekolizinq” MMC, “Toyota Abşeron Center” MMC, “Yeni Motor” MMC, və 2 fiziki şəxsdir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026