16:24 - 20.02.2024
20 fevral, Fineko/abc.az. 13 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ümumi dəyəri 50,000,000 (əlli milyon) ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.
ABC.AZ xəbər verir ki, 23 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin ümumi dəyəri 50,000,000 (əlli milyon) ABŞ dolları olan istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi həyata keçiriləcək.
Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026