“Azərbaycan Dəmir Yolları” QSC-nin daşıdığı ixrac yükləri artıb

16:30 - 15.02.2024


15 fevral, Fineko/abc.az. 2023-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin daşıdığı ixrac yükləri 2022-ci illə müqayisədə 10.8% çox olub.

ABC.AZ xəbər verir ki, bu barədə səhmdar cəmiyyətin məlumatında bildirilir.

Məlumata görə, ixrac olunan yüklər arasında ən böyük artım sement kilingeri, bitum və qudron; torpaq, qum, gil və təbii daşlar, sintetik qatran və plastik kütləsi məhsullarında qeydə alınıb.