İlin əvvəlindən dünya texniki sektor şirkətləri 34 mindən çox insanı işdən çıxarıb

15:59 - 12.02.2024


12 fevral, Fineko/abc.az. Qlobal texnoloji şirkətlər 2024-cü ilin əvvəlindən 34 mindən çox insanı işdən çıxarıblar.

ABC.AZ xəbər verir ki, Microsoft Corp. , eBay və PayPal Holdings bu müddət ərzində hər biri minlərlə iş yerini ixtisara salıb. Ümumilikdə 141 şirkət ixtisar həyata keçirib.

Yanvar ayında texniki sektorun nümayəndələri bir il əvvəl 89,7 min nəfərə qarşı 31 min nəfəri işdən çıxarıblar.

Ötən il ərzində ixtisarların sayı 263 minə çatıb.

Analitiklərin fikrincə, ixtisar yolu ilə şirkətlər səhmdarlara maliyyə intizamını nümayiş etdirir və generativ (məzmun yaradan və ChatGPT-də istifadə olunan) süni intellekt də daxil olmaqla yeni sahələrə investisiya qoymaq üçün resurslar azad edirlər.

Məlumata görə,"ixtisarlar davam edəcək və bəlkə də daha da genişmiqyaslı olacaq".