“Azərbaycan Metrologiya İnstitutu" cərimələnir

11:26 - 12.02.2024


12 fevral, Fineko/abc.az. “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsinə cərimə protokolu yazılıb.

ABC.AZ xəbər verir ki, protokola Nərimanov Rayon Məhkəməsində baxılacaq və işə baxan hakim Hafiz Kamranovdur.

İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsinə görə, akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsinə görə – vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.