09:39 - 12.02.2024
12 fevral, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti bazar ertəsi səhər hərraclarında əvvəlki həftənin nəticələrinə görə 6,3% artdıqdan sonra azalır.
Londonun ICE Futures birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti saat 09:35-də $0,26 (0,32%) azalaraq bir barel üçün $81,93-a düşüb. 9 fevral ticarətinin nəticələrinə görə, Brent markalı neftin aprel fyuçersləri $0,56 (0,69%) artaraq bir barel üçün $82,19-a yüksəldi.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin mart fyuçerslərinin qiyməti saat 09:35-də $0,26 (0,34%) - bir barel üçün $76,58-a düşdü. 9 fevral ticarətinin nəticələrinə görə, WTI neftinin mart fyuçerslərinin qiyməti $0,62 (0,81%) artaraq bir barel üçün $76,84-a çatdı.
Ötən həftə Brent markalı neft 6,28%, WTI isə 6,31% bahalaşıb.
29 Avqust 2026
29 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026