16:39 - 25.07.2018
25 iyul, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.
Bakı Fond Birjası xəbər verir ki iyulun 25-də AMB hərracda 50100770S dövlət nömrəli, 250 milyon manat həcmində və 28 gün müüdətinə notlar təklif etmişdir.
14 investor tərəfindən qiyməti 99.3812 AZN (gəlirlik 8.01%) olan 25 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 466 266 000,00 AZN olmuşdur.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (gəlirlik 8.01%), orta ölçülmüş qiyməti 99.3812 AZN (gəlirlik 8.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində 250 min həcmində istiqrazlar yerləşdirilmişdir.
Notların ödəmə tarixi: 22 avqust 2018-ci il.