16:34 - 5.02.2024
5 fevral, Fineko/abc.az. 2 ildir ki, fəaliyyətə başlayan Azərbaycanın “Perkskit” startapı yeni məhsullar yaradır.
ABC.AZ xəbər verir ki, bu barədə “Perkskit” MMC-nin həmtəsisçilərindən olan Fərid Ağamalıoğlu deyib.
O bildirib ki, bizim bank kartı məhsulumuz hazır olandan sonra yaxın 3-6 ay ərzində digər bazarlara çıxış əldə etmək istəyirik.
Bu, əsasən Mərkəzi Asiya və Türkiyə bazarıdır. Lakin Avropa bazarının analizini də aparmağı planlaşdırırıq. Bizim əsas məqsədimiz dünya bazarında öz sahəmizdə lider olmaq və ölkəmizi layiqincə təmsil etməkdir. Azərbaycanın adını bu sahədə lider olaraq tanıtmaq niyyətindəyik.
F.Ağamalıoğlu bildirib ki, Azərbaycanda iqtisadiyyat sahəsində təhsil aldıqdan sonra Londonda menecment ixtisası üzrə təhsilini davam etdirib və 2012-ci ildən etibarən startaplarla məşğul olmağa başlayıb. Bir sıra startap ideyaları olan Fərid Ağamalıoğlu qeyd edib ki, bir sıra uğursuz cəhdlərdən sonra “Perkskit”dən öncəki kuryerlik sahəsində olan startapı uğur qazanıb: “Bu startapı rəqib şirkətə satmışam. Bundan sonra, “Azərbaycan 500 ASAN Startap Proqramı”nda praktiki biliklərimi nəzəri biliklərlə inkişaf etdirdim. Bu proqramda Faiq Rüstəmov və Fuad Muradovla tanış olduq. Bir sıra ideya üzərində fikirləşirdik və SABAH.HUB Akselerasiya Mərkəzinin proqramına qoşulduq. Sonunda “Perkskit” startapı layihəsini ərsəyə gətirdik