16:27 - 2.02.2024
2 fevral, Fineko/abc.az. 2023-cü ilin yanvar-dekabr aylarında ölkədə 27 022 ton kərə yağı istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 2 288,7 ton və ya 9,3% artıb.
Ötən ilin yanvar-dekabr aylarında 24 733,3 ton kərə yağı istehsal edilmişdi.
Yanvar ayının 1-nə hazır məhsul ehtiyatı isə 116,3 ton təşkil edib.
Hazır məhsul ehtiyatı 32,3 ton, yəni 38,5% azalıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 84 ton olub.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026