15:44 - 2.02.2024
2 fevral, Fineko/abc.az. Meta, mövcud olduğu tarixdə ilk dəfə dividend ödəmək planlarını açıqladı. Dördüncü rübün nəticələrinə görə korporasiyanın gəliri 40,1 milyard dollara çatıb, artım 25% təşkil etdi.
ABC.AZ xəbər verir ki, Meta-nın xalis mənfəəti göstərilən dövrdə üç dəfə artaraq 14 milyard dollara çatdı. Keçən il üçün gəlir 134,9 milyard dollar (+16%) təşkil etmişdir. Xalis mənfəət 39,1 milyard dollar təşkil edib ki, bu da 69% artıb.
Son iki ilin ən yüksək rüblük göstəricilərinə görə şirkət səhmdarlara səhm başına 0,5 dollar dividend ödəməyi planlaşdırdığını bildirdi. Bundan əlavə, Meta 50 milyard dollarlıq səhmlərin geri alınması Proqramını təsdiqləyib.
Analitiklərin fikrincə, şirkətin yüksək göstəriciləri süni intellekt texnologiyalarına marağın artması, eləcə də onlayn reklam gəlirlərinin artması ilə bağlıdır.
5 Avqust 2026
5 Avqust 2026
5 Avqust 2026