16:33 - 1.02.2024
1 fevral, Fineko/abc.az. “Arkoz Qazax Sement Zavodu” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
ABC.AZ xəbər verir ki, bu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasındakı rəqəmlərdə əks olunub.
Məlumata əsasən, “Arkoz Qazax Sement Zavodu” MMC-nin vergi borcu 2 004 516.45 manatdır. Bu vergi borcu 21 yanvar 2024-cü il tarixinə qədər olan məlumatdır.
Qeyd edək ki, “Arkoz Qazax Sement Zavodu” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 155 334 515 manat təşkil edir. “Arkoz Qazax Sement Zavodu” MMC-nin hüquqi ünvanı Qazax rayonu Daş Salahlı kəndidir.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026