14:57 - 30.01.2024
30 yanvar, Fineko/abc.az. “BQ Aqro” QSC 2022-ci ili 781 min manat zərərlə başa vurub. Əvvəlki ildə şirkət 1 milyon 125 min manat mənfəət əldə edib.
ABC.AZ şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 31 dekabr 2022-ci il tarixinə “BQ Aqro” QSC-nin əsas əməliyyat gəlirləri 2 milyon 151 min manat (25.5% az), satışın maya dəyəri 1 milyon 548 min manat, kommersiya xərcləri 1 milyon 380 min manat, inzibati xərcləri 4 min manat təşkil edib.
Hesabat dövründə şirkət cəmi aktivləri 7 milyon 876 min manat, cəmi kapitalı 6 milyon 348 min manat, cəmi öhdəlikləri 1 milyon 528 min manat olub.
Xatırladaq ki, “BQ AQRO” şirkəti 2017-ci ilin iyun ayında dövlət qeydiyyatına alınıb və Abşeron rayonunda fəaliyyət göstərir. Cəmiyyətin nizamnamə kapitalı 6 milyon 154 min manatdır. Şirkət istixana təsərrüfatlarında pomidor və digər tərəvəzlərin yetişdirilməsi və ixracını həyata keçirir.
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026