Kiçik dövlət müəssisəsi və obyekt özəlləşdirmələrinin sayı azalıb

14:08 - 30.01.2024


30 yanvar, Fineko/abc.az. 2023-cü ildə Azərbaycanda 245 kiçik dövlət müəssisəsi və obyekti özəlləşdirilib.

ABC.AZ xəbər verir ki, bunu ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Abdullayev bildirib.

O bildirib ki, sözügedən rəqəm 2022-ci illə müqayisədə 19% azdır.

Bundan başqa, onun sözlərinə görə, il ərzində özəlləşdirilmiş nəqliyyat vasitələrinin sayı 538, səhmləri satılan səhmdar cəmiyyətlərin sayı isə 9 olub.