Rabitəbank 2 sahə üzrə tender elan edir

16:05 - 29.01.2024


29 yanvar, Fineko/abc.az. “Rabitəbank“ ASC  Palo Alto Firewall avadanlığının lisenziya müddətinin 1 illik uzadılması ilə bağlı tender elan edir. Qiymət təklifləri ilə bağlı zərflərin qəbulu 7 fevrala qədər davam edəcək.

Bundan başqa, “Rabitəbank“ ASC  Dell EMC Tape Storage avadanlığının alınması ilə bağlı da tender elan edir. Qiymət təklifləri ilə bağlı zərflərin qəbulu 12.02.2024-cü il tarixinə qədər davam edəcək.

Hər iki tenderdə iştirak etmək istəyən şirkətlər [email protected] elektron poçt ünvanına yaza və ya +99450 270 72 20 mobil nömrəsinə müraciət edə bilərlər.