Somali quldurları Qırmızı dənizdə ticarət gəmilərinə hücum edir 

20:22 - 26.01.2024


26 yanvar, Fineko/abc.az. Somali quldurları Yəmən husilərinin hərəkətləri ilə bağlı Qırmızı dənizdəki gərginlikdən istifadə edərək Somali sahillərində gəmilərə hücum edirlər. 

ABC.AZ xəbər verir ki, məlumata görə, 2023-cü ilin noyabr ayından etibarən Somali sahillərində ticarət gəmilərinə beş hücum qeydə alınıb.

Bildirilir ki, son insidentlər arasında dekabr ayında 18 ekipaj üzvünün olduğu Malta bayrağı altında üzən MV Ruen gəminin göyərtəsində girov götürülüb.
Beynəlxalq Dəniz bürosunun məlumatına əsasən, bu, 2017-ci ildən etibarən Somali sahillərində ələ keçirilmə olub.