Rusiya yanvarın 31-dən buğdaya ixrac rüsumunu artıracaq

15:05 - 26.01.2024


26 yanvar, Fineko/abc.az. 31 yanvar 2024-cü il tarixindən etibarən Rusiya Federasiyasından buğda və meslin (buğda və çovdarın qarışığı) ixracı üçün rüsumun miqdarı bir həftə əvvəl ton üzrə 3 588,5 rubla qarşı 3 630,2 rubla qədər artacaq.

ABC.AZ xəbər verir ki, arpa üçün rüsum 169,2  rubla qarşı 512 rubl, qarğıdalı üçün rüsum ton üzrə 644,2 rubla qarşı 926 rubla qaldırılacaq.

Buğda üçün ixrac rüsumunun dərəcəsi göstərici qiymətə görə bir tona 251,3 dollar, arpa üçün – bir tona 188,1 dollar, qarğıdalı üçün – bir tona 194,8 dollar əsasında hesablanır. 1 iyul 2022-ci il tarixinədək rüsumlar dollarla hesablanardı, sonra isə rubla keçirildi.