Xaricə satılan azot gübrəsi 2 dəfədən çox ucuzlaşıb - Gəlirlər kəskin azalıb

11:12 - 22.01.2024


22 yanvar, Fineko/abc.az. 2023-ci ili  ilin yanvar-dekabr aylarında Azərbaycandan xaricə 362 min 206 ton azot gübrəsi ixrac edilib. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 min 29 ton və ya  0,6% çoxdur.

ABC.AZ bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2023-ci ilin 12 ayında 83 milyon  10 min ABŞ dolları dəyərində azot gübrəsi ixrac olunub ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 126 milyon 752 min dollar və ya  2,5 dəfə azdır.

Ötən il azot gübrəsinin satışından 209 milyon 763  min dollar gəlir əldə edilmişdi.

1 ton azot gübrəsinin ixrac qiyməti hesabat dövründə 229 , ötən ilin eyni dövründə 582 dollar olub. Bu da illik müqayisədə 353 dollar və ya 2,5 dəfə azdır.

Bu da o deməkdir ki, azotun 1 kq-nın 2023-cü ildə ixrac qiyməti 0,40 manat, 2022-ci ildə 0,99 manat olub.