Valyuta hərracında tələb 9,6% artıb

12:33 - 18.01.2024


18 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, yanvarın 18-də keçirilən valyuta hərracında bankların tələbi 58,0 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, ötən hərracdan 5,1 milyon dollar və ya 9,64% çoxdur.

Yanvarın 16-da valyuta hərracında AMB banklara 52,9 milyon dollar satıb.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.