10:10 - 12.01.2024
12 yanvar, Fineko/abc.az. “Microsoft” korporasiyası “Apple”ı geridə qoyaraq, dünyanın ən dəyərli şirkəti olub.
ABC.AZ xəbər verir ki, bu barədə nüfuzlu “Reuters” agentliyi yazıb.
Qeyd edilib ki, “Microsoft”un səhmləri ticarət zamanı 2% artıb və şirkətin bazar dəyəri 2.903 trilyon dollara çatıb. Agentlik xəbər verir ki, “Apple”ın səhmləri 0.9% ucuzlaşıb, kapitallaşma isə 2.871 trilyon dollar təşkil edib.
Bundan əvvəl “Microsoft” 2021-ci ildə kapitallaşma baxımından “Apple”ı ötmüşdü.