16:01 - 10.01.2024
10 Yanvar, Fineko/abc.az. Azərbaycan 2024-cü ilin birinci rübü üçün dərc olunan “Henley & Partners” indeksində iki pillə irəliləyərək 70-ci yerdə qərarlaşıb. Xatırladaq ki, Azərbaycan pasportu ilə dünyanın 72 ölkəsinə vizasız getmək mümkündür.
ABC.AZ interfax-a istinadən xəbər verir ki, ötən dövr ərzində Azərbaycan Keniya, BƏƏ və Səudiyyə Ərəbistanı ilə vizasız gediş-gəliş haqqında sazişlər bağlayıb.
“Şirkətin 19 illik müşahidəsində ilk dəfə olaraq altı ölkə eyni vaxtda rekord sayda vizasız səyahət imkanı ilə birinci yeri tutub: onlardan dördü Avropa İttifaqı – Almaniya, İtaliya, İspaniya və Fransa, ikisi isə Asiya ölkəsidir – Sinqapur və Yaponiya. Bu ölkələrin pasport sahibləri dünyanın 194 ölkəsinə (227-dən) vizasız gedə bilərlər”, – mesajda deyilir.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026