17:30 - 7.01.2024
7 yanvar, Fineko/abc.az. Azərbaycanda bu il Novruz çərşənbələri fevral ayından başlayacaq.
ABC.AZ xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetindən fizika fakültəsinin astrofizika kafedrasının işçisi, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib.
Onun sözlərinə görə, bu il Novruz bayramının ilk çərşənbəsi olan - Su çərşənbəsi fevralın 27-si tarixinə təsadüf edəcək:
“Od çərşənbəsi isə martın 5-i qeyd ediləcək. Martın 12-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 19-na təsadüf edəcək. Novruz bayramı axşamı martın 20-si qeyd ediləcək”.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026