Ötən il Naxçıvanda bu qədər daşınmaz əmlak qeydiyyata alınıb

16:32 - 7.01.2024


7 yanvar, Fineko/abc.az. 2023-cü ildə Naxçıvan Muxtar Respublikasında 10 880 daşınmaz əmlak dövlət qeydiyyatına alınıb ki, bu da 2022-ci illə müqayisədə 43,6 % çoxdur.

ABC.AZ xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, illik göstəricinin 3 684-ü ilkin, 7 196-sı təkrar qeydiyyatın payına düşüb.

Hesabat dövründə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 4 249-u fərdi yaşayış evi, 4 028-i torpaq sahəsi, 1 902-si mənzil, 332-si qeyri-yaşayış sahəsi, 264-ü qeyri-yaşayış binası, 101-i əmlak kompleksi kimi müəssisə, 4-ü isə çoxmərtəbəli yaşayış binası olub.

Hesabat ilində təkcə Naxçıvan şəhəri üzrə 4 971 əmlak qeydiyyata alınıb ki, bu da ümumi göstəricinin 45,6 %-ni təşkil edib.