Özbəkistan elektromobillərin idxalını məhdudlaşdıracaq

13:07 - 30.12.2023


30 dekabr, Fineko/abc.az. Özbəkistan Hökuməti avtomobil və elektromobillərin ölkəyə gətirilməsi qaydalarının sərtləşdirilməsi haqqında sənədi müzakirə edir. Ticarət məqsədi ilə fiziki şəxslər tərəfindən avtomobillərin idxalı qadağan edilə bilər.

ABC.AZ xəbər verir ki, sənədə görə, fiziki şəxslər üçün hər il öz məqsədləri üçün birdən çox avtomobilin idxalına məhdudiyyət tətbiq edilə bilər və 2024-cü ildən etibarən Özbəkistana kommersiya məqsədləri üçün nəqliyyat vasitələrinin gətirilməsini tamamilə qadağan edilə bilər.