12:05 - 28.12.2023
28 dekabr, Fineko/abc.az. Yaponiyada “Denso” korporasiyasının istehsal etdiyi yanacaq nasoslarının nasazlığı səbəbindən dünya üzrə 14,5 milyon avtomobil geri qaytarılıb.
ABC.AZ xəbər verir ki, “Denso” nasoslarından istifadə edən müxtəlif markalı avtomobillər geri qaytarılıb. Söhbət 8,3 milyon Honda Motor və 6,2 milyon Toyota Motor avtomobillərindən gedir.
Korporasiyanın mətbuat xidməti bildirib ki, indiyə qədər “Denso” yanacaq nasosları ilə təchiz edilmiş avtomobil modellərinin iştirakı ilə qəza hallarına rast gəlinməyib.