Kommersiya məhkəmələrinə yeni səlahiyyətlət verilir

12:31 - 26.12.2023


26 dekabr, Fineko/abc.az. Arbitraja münasibətdə məhkəmənin yardım funksiyaları və ərizənin verilməsi qaydası müəyyənləşir.

ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, tərəflər arasında digər razılıq yoxdursa, məhkəmələr arbitraja münasibətdə aşağıdakı yardım funksiyalarını yerinə yetirəcəklər:

– arbitrin təyin edilməsi ilə bağlı məsələlərin həlli;

– arbitrə etiraz edilməsi ilə bağlı məsələlərin həlli;

– arbitrin səlahiyyətlərinə (mandatına) xitam verilməsi ilə bağlı məsələlərin həlli;