12:13 - 26.12.2023
26 dekabr, Fineko/abc.az. Dekabrın 26-da Ədliyyə Nazirliyi tərəfindən “Məhkəmə ekspertizası mərkəzinin rəqəmsallaşdırılması” mövzusunda ictimai təqdimat keçirilib.
ABC.AZ xəbər verir ki, tədbirdə Ədliyyə Nazirliyinin rəhbərliyi və aidiyyəti məsul işçiləri, məhkəmə ekspertizalarını təyin edən dövlət orqanlarının rəhbər şəxsləri, rayon (şəhər), ixtisaslaşmış və apellyasiya instansiya məhkəmələrinin sədrləri və hakimləri, Azərbaycan Bank Assosiasiyasının rəhbərliyi, ölkəmizdə fəaliyyət göstərən yerli və xarici bankların təmsilçiləri, vətəndaş cəmiyyəti və media nümayəndələri iştirak ediblər.