16:36 - 25.12.2023
25 dekabr, Fineko/abc.az. “Humane” şirkəti elan edib ki, Al Pin cihazlarını 2024-cü ilin mart ayından etibarən sifariş verənlərə göndərməyə başlayacaq.
ABC.AZ xəbər verir ki, cihazlar əvvəlcədən sifarişlərin alınması qaydasında göndəriləcək.
Keçmiş “Apple” işçiləri tərəfindən qurulan “Humane” şirkəti, ilk Al Pin cihazını rəsmi olaraq noyabr ayında təqdim etmişdi.
AI Pin — mini proyektor və batareyadan ibarət olan kiçik bir cihazdır. Hər iki hissə güclü maqnit ilə bir-birinə bərkidilir.
Cihaz Snapdragon prosessoru ilə təchiz edilib. Səs və jestlərlə idarə oluna bilər. Həmçinin AI Pin 13 Mp kameraya malikdir ki, bunun vasitəsilə fotoşəkil çəkmək mümkündür. Yenilənəndən sonra isə video da çəkmək mümkün olacaq.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026