2023-cü ildə ən çox qazanan şirkətlər - Siyahı

14:39 - 25.12.2023


25 dekabr, Fineko/abc.az. 2023-cü ildə ən çox qazanan şirkətlərin reytinqi dərc edilib.

ABC.AZ xəbər verir ki, sözügedən reytinq “Global İndex” tərəfindən hazırlanlb. Araşdırmalara görə, ən çox qazanan Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkəti olub.

Belə ki, “Saudi Aramco” şirkəti 2023-cü ildə 247 milyard dollar gəlir əldə edib.

2023-cü ildə dünyanın ən çox qazanan 10 şirkətini sizə təqdim edirik:

1. Saudi Aramco: 247 milyard dollar

2. Apple: 114 milyard dollar

3. Berkshire Hathaway: 100 milyard dollar

4. Microsoft: 95 milyard dollar

5. Google: 78 milyard dollar

6. Qazprom: 76 milyard dollar

7. JP Morgan Chase: 63 milyard dollar

8. Exxon Mobil: 61 milyard dollar

9. ICBC: 58 milyard dollar

10. Çin İnşaat Bankı: 55 milyard dollar