Dövlət agentliyinə məxsus şirkətin rəhbəri işdən çıxarıldı

10:59 - 25.12.2023


25 dekabr, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “7№-li Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin direktoru Xəqani Novruzov vəzifəsindən azad edilib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Orxan Novruzova həvalə olunub. 

Xatırladaq ki, “7№-li Avtomobil Yollarının Yaşıllaşdırılması” şirkəti 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20 manatdır.