Azərbaycan buna görə Ermənistana 90 min avro ödəyib

10:11 - 25.12.2023


25 dekabr, Fineko/abc.az. Azərbaycan aviaşirkətləri cari ildə Naxçıvana və əks istiqamətə uçuşlar üçün Ermənistana təxminən 90 min avro vəsait ödəyib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan 2021-ci ilin 6 oktyabr tarixindən etibarən Ermənistanın hava məkanından istifadə edir.