15:07 - 22.12.2023
22 dekabr, Fineko/abc.az. Hazırda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi üzrə genişləndirmə işlərinin birinci mərhələsinin rəsmi olaraq istismara qəbul olunması aktı Gürcüstanın aidiyyəti dövlət qurumu tərfindən imzalanıb.
ABC.AZ xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları’’ QSC-nin (ADY) Tikinti layihələrinin idarə olunması departamentinin müdiri Tural Abbaslı bildirib. Axalkalaki vağzalının da tamamlanma işlərini yekunlaşdıraraq təhvil vermişik.
O qeyd edib ki, cari ilin sonunadək isə layihənin ikinci və dördüncü mərhələləri də yekunlaşdırılaraq təhvil veriləcək.
"Üçüncü mərhələ və Axalkalaki stansiya kompleksində də son tamamlanma işləri görülür. Axalkalakidə müxtəlif təyinatlı – təkər cütlərinin dəyişdirilməsi, yaşayış binası, o cümlədən 100-dən çox tikilinin olduğu iri kompleksin son tamamlanma işləri davam edir. Artıq əməliyyatların səmərəliliyini təmin etmək üçün birgə müəssisənin yaradılması üzərində də çalışmalara başlanılıb. 2024-cü ilin birinci rübündə bütövlükdə layihənin tam sona çatdırılması planlaşdırılır" - deyə, T. Abbaslı bildirib.
17 Avqust 2026
15 Avqust 2026