“Warner Bros. Discovery” və “Paramount Global” birləşəcəkmi?

15:58 - 21.12.2023


21 dekabr, Fineko/abc.az. “Warner Bros. Discovery” və “Paramount Global” şirkətləri birləşə bilər. Dekabrın 19-da “Warner Bros”in baş direktoru bu məsələni “Paramount” rəhbəri Bob Bakiş ilə müzakirə etdi.

ABC.AZ xəbər verir ki, “Warner Bros. Discovery”in bazar qiyməti 20 dekabr tarixinə təxminən 29 milyard dollar təşkil edirdi. “Paramount Global”ın dəyəri 10 milyard dollardan bir qədər çoxdur.

Sonuncunun III rübünün sonunda borc yükü 15,6 milyard dollardır. “Warner Bros. Discovery”inIII rübün sonunda bu göstəricisi 43,5 milyard dollar təşkil  edib.