Azərbaycana idxal olunan buğdanın qiyməti 22 faiz azalıb - Çörək də ucuzlaşacaq?

10:54 - 19.12.2023


19 dekabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 283 milyon 378 min dollar dəyərində 1 milyon 94 min 975 ton buğda məhsulları idxal edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, məhsul idxalı dəyər ifadəsi ilə 105 milyon 632 min dollar yəni 27,2%, miqdar ifadəsi ilə təxminən 73 min ton (6,2%) azalıb.

Ötən ilin müvafiq dövründə 389 milyon 10 min dollar məbləğində 1 milyon  167 min 957 ton buğda gətirilib.

1 ton buğdanın idxal qiyməti bu il 259 dollar, ötən il isə 333 dollar təşkil edib.

Qiymətlərdə 74 dollar və ya 22,3% ucuzlaşma qeydə alınıb.

Qeyd edək ki, hesabat dövründə idxal edilən buğdanın dəyəri Azərbaycanın ümumi idxalının 1,79%-ni təşkil edib.

Ötən ilin müvafiq dövründə buğdanın idxalı Azərbaycanın ümumi idxalının 3,09%-nə bərabər olub.