Blue Origin 50 min peykdən istifadə etməklə kosmosda məlumat mərkəzləri yerləşdirəcək

16:00 - 8.10.2026


8 oktyabr, Fineko/abc.az. Blue Origin şirkəti orbitdə məlumat mərkəzləri yerləşdirmək üçün kosmosa 50 mindən çox peyk buraxmağı planlaşdırır.

Bu barədə şirkətin təsisçisi Ceff Bezos Fox News telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, "Günəşin doğuşu" layihəsi üzərində artıq iş aparılır və peyklərin buraxılması ilə bağlı ABŞ Federal Rabitə Komissiyasına müraciət daxil olub.

Bezosun fikrincə, məlumat mərkəzlərinin kosmosa köçürülməsi onların yüksək enerji istehlakı problemini həll etməyə kömək edəcək. Bundan qabaq SpaceX və Starcloud şirkətləri də məlumat mərkəzlərini orbitdə yerləşdirmək planlarını açıqlamışdırlar.