17:05 - 8.10.2026
8 oktyabr, Fineko/abc.az. Macarıstan idxaldan asılılığı azaltmaq və biznes üçün elektrik enerjisinin qiymətini aşağı salmaq məqsədilə bərpa olunan enerji mənbələrinin inkişafını genişləndirməyi planlaşdırır.
Avqust ayında hökumət ümumi gücü 700 MVt olan külək elektrik stansiyalarının tikintisi üzrə tender elan edib. 2030-cu ilədək külək enerjisi gücünün 4 QVt-a, 2040-cı ilədək isə 6 QVt-dan çoxa çatdırılması planlaşdırılır. Ölkədə artıq təxminən 9 QVt günəş enerjisi gücü quraşdırılıb.
Macarıstanın yanacağa olan tələbatının 80%-dən çoxu, o cümlədən neft, qaz və nüvə yanacağı idxal hesabına ödənilir. Hakimiyyət həmçinin Aİ-nin blokdan çıxarılmış maliyyə vəsaitinin bir hissəsini enerji infrastrukturunun gücləndirilməsinə yönəltməyi planlaşdırır.
Bununla yanaşı, hakimiyyət Paksdakı 2 QVt gücündə atom elektrik stansiyasının istismar müddətinin uzadılmasını prioritet layihə hesab edir.
8 Oktyabr 2026
8 Oktyabr 2026
8 Oktyabr 2026
8 Oktyabr 2026
8 Oktyabr 2026
8 Oktyabr 2026
8 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026