15:15 - 18.12.2023
18 dekabr, Fineko/abc.az. Startap Revo Zero (ABŞ) “Energy” hidrogen krossoverini təqdim edib. Krossoverin gediş ehtiyatı 1100 km təşkil edir.
ABC.AZ xəbər verir ki, avtomobilin güc qurğusu əsasən elektrik enerjisi ilə hərəkət etməyi nəzərdə tutur. Batareya boşaldıqdan sonra elektronika generator kimi işləyən hidrogen yanacaq elementini qoşur.
Şirkət heç bir texniki xüsusiyyət təqdim etmir. Revo Energy-nin kütləvi istehsalına nə vaxt başlanacağı da məlum deyil, lakin ilkin sifarişlərin qəbulu artıq açıqdır.