12:51 - 19.07.2018
19 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı Dövlət Neft Fondunun iştirakı ilə bu gün valyuta hərracı keçirib.
“İyulun 19-da Mərkəzi Bank Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirmişdir. Valyuta hərracının yekununda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır”, - AMB-dan verilən məlumatda belə deyilir.
İyulun 17-də keçirilmiş daha əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin 1,7000 AZN/1 USD təşkil etmişdir.