10:14 - 12.12.2023
12 dekabr, Fineko/abc.az. “Nvidia” Vyetnamda yarımkeçiricilər istehsalı mərkəzi tikmək niyyətindədir.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Nvidia” şirkətinin baş direktoru Censen Huanq açıqlama verib.
O qeyd edib ki, “Nvidia” artıq Vyetnama 250 milyon dollar sərmayə qoyub və hazırda ölkə texnologiya şirkətləri və hakimiyyət orqanları ilə əməkdaşlığın detallarını müzakirə edir.
“Nvidia” Asiya regionunda çip istehsalını aktiv şəkildə artırır və tədarük zəncirlərini şaxələndirməyə çalışır. Belə ki, ötən həftə şirkət Yaponiyada süni intellekt üçün çiplərin istehsalı üçün fabriklər şəbəkəsi yaratmaq niyyətini açıqlayıb. Böyük həcmdə məlumatları emal edən və paralel hesablamalar aparan “Nvidia GPU”ları süni intellekt üçün istifadə olunur. Süni intellekt çiplərinə tələbat sayəsində “Nvidia”nın üçüncü rübdəki gəliri illik müqayisədə 206% artıb.