“Naxçıvan Sığorta” şirkəti ləğv edilir

10:16 - 8.12.2023


8 dekabr, Fineko/abc.az. “Naxçıvan Sığorta” şirkəti ləğv edilir, onun portfeli “Atəşgah Sığorta” şirkətinə ötürülür.

ABC.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə sığorta şirkətindən bildirilib. Qeyd edilib ki, sığorta şirkətinin ləğvi ilə əlaqədar onun öhdəlikləri dekabrın 15-dən etibarən “Atəşgah Sığorta” şirkətinə ötürülür.

Bu barədə bu gün səhər saatlarından müştərilərə sms bildirişləri də göndərilir.

Qeyd edək ki, “Naxçıvan Sığorta” şirkətinin 100% səhmdarı “Naxçıvan Bank”dır.