14:09 - 7.12.2023
7 dekabr, Fineko/abc.az. Azərbaycanda 2024-cü il fevralın 7-si qeyri-iş günü olacaq.
ABC.AZ xəbər verir ki, gələn il fevralın 7-si çərşənbə gününə təsadüf edir.
Həmin gün isə iş günü hesab olunurdu. Ancaq dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Seçki Məcəlləsinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur.
Məcəllənin 8-ci maddəsində (Seçkilərin (referendumun) təyin edilməsi müddəti qeyd edilib ki, seçkilərin (referendumun) təyin edilməsi haqqında qərar (sərəncam) səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilir.
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026