10:43 - 5.12.2023
5 dekabr, Fineko/abc.az. Amerikalı milyarder, “Meta”nın rəhbəri Mark Zukerberq iki il ərzində ilk dəfə olaraq şirkətin səhmlərini 185 milyon dollara satıb.
ABC.AZ xəbər verir ki, məlumata görə, noyabr ayında Zukerberqin nəzarətində olan xeyriyyə təşkilatları bazarda təxminən 682 min səhm satıblar. Satış, ABŞ-ın demək olar ki, bütün böyük texnoloji şirkətlərinin oxşar göstəricilərini üstələyərək, ayın sonuna qədər 172%-ə çatan dəyər artımndan sonar baş verdi.
Hal-hazırda 39 yaşlı milyarder “Meta”nın təxminən 13%-nə sahibdir ki, bu da onun 117,7 milyard dollarlıq sərvətinin böyük bir hissəsidir.
“Bloomberg”in bildirdiyinə görə, Zukerberq ən varlı insanların reytinqində doqquzuncu yerdədir.