16:51 - 4.12.2023
4 dekabr, Fineko/abc.az. Aşırı istilər və quraqlıq Avropada alimlərin düşündüyündən daha tez baş verə bilər. Bu barədə alimlər daha öncə əsrin sonlarına doğru proqnoz vermişdirlər.
ABC.AZ xəbər verir ki, mütəxəssislər, 2050-2075-ci illər arasında Avropada iki illik aşırı istilik epizodu və beş illik aşırı quraqlıq baş vermə ehtimalının yüzdə ondan çox olduğunu düşünürlər. Bu cür təbii fəlakətlərin yalnız XXI əsrin sonlarında mülayim istiləşmə ssenarisi ilə (sənaye öncəsi səviyyədən 2,25°С çox) baş verəcəyi proqnozlaşdırılmışdır.