Daha bir Türkiyə şirkəti Azərbaycanda qeydiyyata alındı

11:19 - 12.10.2026


12 oktyabr, Fineko/abc.az. Türkiyənin “DOLSAR Mühendislik Anonim Şirketi”nin Azərbaycandakı filialı dövlət qeydiyyatına alınıb.

Azərbaycandakı filialın qanuni təmsilçisi Türkiyə vətəndaşı Batuhan Özdemirdir. Filialın hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 37-dir.

1971-ci ildə yaradılan “DOLSAR Mühendislik” mühəndislik, memarlıq, texniki məsləhət və tikintiyə nəzarət xidmətləri göstərir. Şirkət enerji, su təsərrüfatı, nəqliyyat infrastrukturu, ətraf mühit və müxtəlif təyinatlı binaların layihələndirilməsi sahələrində fəaliyyət göstərir.