12:32 - 4.12.2023
4 dekabr, Fineko/abc.az. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana gələnlərin 531 min 330 nəfərinin səfər müddəti 1-3 gecə olub.
ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu müddət ərzində səfər edənlərin sayı illik müqayisədə 195 min 447 nəfər, başqa sözlə 58,2% artıb.
Keçən ilin eyni dövründə səfər müddəti 1-3 gecəlik olan şəxslərin sayı 335 min 883 nəfər idi.
Bundan əlavə gecələmədən birgünlük gələnlərin sayı 26 min 9 nəfər, 4-7 gecəlik gələnlərin sayı 359 min 857 nəfər, 8-14 gecələyənlərin sayı 173 min 647 nəfər, 15-21 gecəlik gecələyənlərin sayı 37 min 769 nəfər, 22-28 gecəlik gələnlərin sayı 26 min 943 nəfər, 29-70 gecəlik gələnlərin sayı 8 min 332 nəfər, 71-90 gecəlik gələnlərin sayı 5 min 260 nəfər olub.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026