14:46 - 30.11.2023
30 noyabr, Fineko/abc.az. Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərin banklardan aldığı kreditlərin faizlərinin bir hissəsinin subsidiyalaşdırılması üçün layihə hazırlayır.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Agentliyin şöbə müdiri Rövşən Məmmədli Bakıda keçirilən “Fermerlərin dəstəklənməsi və Dövlət-Özəl sektoru Əməkdaşlığı” mövzusunda tədbirdə bildirib.
Bundan başqa, onun sözlərinə görə, fermerlər girov təminatından çox dövlət zəmanəti ilə kredit əldə edə bilərlər.
“Əgər kreditin 50%-nə dövlət zəmanət versə, fermerin girov qoymasına ehtiyac olmaya bilər”, – deyə nazirlik rəsmisi qeyd edib.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026