Bu ölkədə yeni evlənən gənclərə güzəştli kredit veriləcək

17:17 - 29.11.2023


29 noyabr, Fineko/abc.az. Türkiyədə yeni evlənən gənclərə 2 il müddətində geriödəniş olmadan 150 min lira məbləğində güzəştli kredit veriləcək.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı “Rəsmi Gazete”də dərc olunub.

Bildirilib ki, bu, pilot layihədir. Layihə öncə bu il fevralın 6-da zəlzələ baş vermiş ərazilərdə tətbiq olunacaq.

Məqsəd ailə institunun güclənməsi, gənclərin sosial rifahına dəstək verilməsidir.